CƏMİYYƏT


Şabranın doqquz kəndini içməli su ilə təmin edəcək yeni su xətti tikilir

Şabran rayonun doqquz kəndinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə yeni magistral su xətti inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərsu” ASC tərəfindən həyat keçirilən layihəyə əsasən aparılan tikinti işləri başa çatdıqdan sonra Pirəbədil, Dağbilici, Zöhramlı, Sumaqova, Sumaqova Qazma, Ləcədi, Qələgah, Leyti və Mumlu kəndlərində 950 abonent içməli su ilə təmin ediləcək. Bu kəndlərdə 2 mindən çox əhali yaşayır.