Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu insan hər gün toyuqlarına konsert verir

18.04.2022 [16:55]

Türkiyənin Afyonkarahisar şəhərində el şairi Kasım Mazıbaş günün müəyyən saatlarında bəslədiyi toyuqlara Əmirdağ mahnıları ifa edir. Mazıbaş toyuqlara canlı mahnılar ifa etməyə başladığı gündən yumurta məhsuldarlığının yüzdə 20 artdığını bildirib.