Bursada xidmət mikroavtobusu yandı, işçilər çətinliklə xilas oldu
18.04.2022 [17:20]
Türkiyənin Bursa şəhərində fəhlələri daşıyan mikroavtobus qəfil alışıb və yanmağa başlayıb. Xidməti mikroavtobusda olan işçilər canlarını çətinliklə xilas etsələr də, digər sürücülərin müdaxiləsi nəticəsində alov böyümədən söndürülüb.