Kim bu gülü qoparsa, avtomobil qiymətinə bərabər cərimə ödəyir
18.04.2022 [18:37]
Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində yüksək dağlıq ərazilərdə bitən, "Ağlayan gəlin" və "Kədər çiçəyi" kimi tanınan tərs lalələr vizual gözəllik yaradır. İlin 15 günü çiçək açan və nəsli kəsilməkdə olan tərs çevrilmiş lalələrdən birini qoparan şəxsə 80 min 465 lirə inzibati cərimə kəsilir.