CƏMİYYƏT


Badam bağları zərərvericilərə qarşı dərmanlanır

Şabranda badam bağlarının sahəsi 117 hektara çatıb. Bu bağların 62 hektarı barverəndir. Ötən il rayon bağlarından 100 tondan çox məhsul toplanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni badam bağlarının 7,62 hektarı ötən il payız mövsümündə salınıb.
Hazırda Şabranın badam bağlarında zərərvericilərə qarşı dərmanlanma işləri aparılır.