CƏMİYYƏT


Sabunçu rayonunun Maştağa, Nardaran və Bakıxanov qəsəbələrində əməliyyatlar keçirilib

Paytaxtın Sabunçu rayonunun Maştağa, Nardaran və Bakıxanov qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik tərkibli bitkilərin kultivasiyası və yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Maştağa qəsəbəsi sakini Elnur Babayevdən 244 qram marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun Pirşağı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan əlavə 7 kiloqram 20 qram marixuana, həyətindəki istixanadan isə kultivasiya yolu ilə yetişdirdiyi 8853 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Aparılan araşdırmalar zamanı Elnur Babayevin narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyi və xüsusi quluq etdiyi müəyyən edilib. Onun məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub.