CƏMİYYƏT


Göyçayda kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar araşdırmalara başlanılıb

Ötən gün Göyçayda kütləvi zəhərlənmə hadisəsi baş verib.AZƏRTAC xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən restoranlardan birində baş verib. İftar süfrəsinə yığışan 12 nəfər məclis bitdikdən sonra evlərinə gedib. Aprelin 19-na keçən gecə həmin 12 nəfərdən 10-u - Çərəkə kənd sakinləri Ürfan Bəkirov, Əliyar Bədirov, Rafiq Kərimov, Loğman Məmmədov, Cəlal Kərimov, Alim Xəlilov, Səxavət Nəbiyev, Orxan Davudov, Rəşid Məmmədov və İlkin Məmmədov ürəkbulanma və qusma əlamətləri ilə xəstəxanaya müraciət ediblər.