Pakistanda Çin şirkətinin inşa etdiyi nüvə reaktoru fəaliyyətə başlayıb
19.04.2022 [17:40]
Xəbərin mətni
Çin Milli Nüvə Korporasiyasının (CNNC) inşa etdiyi “Hualong 1” reaktoru Kəraçi atom elektrik stansiyasında (AES) fəaliyyətə başlayıb.AZƏRTAC Çin Milli Nüvə Korporasiyasının məlumatına istinadla xəbər verir ki, Kəraçi AES dünyada 3-cü nəsil “Hualong 1” reaktorunun istifadəyə verildiyi dördüncü atom elektrik stansiyasıdır.