CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Sehriman Əliyevin xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Sehriman Əliyevin doğum günündə xatirəsi yad edilib. Şəhidin Füzuli rayonu Aşağı Yağlıvənd kəndində məzarı ziyarət olunub, ruhuna dualar oxunub.Şəhid Əliyev Sehriman Rəhman oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, məktəb kollektivi, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər.