Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

20.04.2022 [17:59]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq aprelin 21-i axşamadək hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi, xüsusilə aprelin 20-si axşamdan 21-i gündüzədək güclü külək əsəcəyi proqnozlaşdırılır.