Kiyevin giriş qapısı - ən ağır döyüşlərin getdiyi Qorenka kəndindən AZƏRTAC-ın reportajı
21.04.2022 [11:51]
Xəbərin mətni
Kiyevin şimal-qərb istiqamətindən giriş qapısı - Qorenka kəndi Ukraynada aparılan hərbi əməliyyatlar zamanı ən ağır döyüşlərin getdiyi məkanlardan biridir. Kənd Ukraynanın paytaxtına daxil olmaq üçün ən strateji məkanlardan sayılır. BMT-nin statistikasına görə, Buça rayonunun Qorenka kəndində yaşayış evlərinin 80 faizi döyüşlər zamanı məhv edilib.