CƏMİYYƏT


Dövlət Komissiyası: Fərrux yüksəkliyində tapılmış meyit qalıqlarının ekspertizası onların azərbaycanlılara aid olduğunu sübut edir

Məlum olduğu kimi, cari ilin mart ayının sonunda Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində qazıntı zamanı bir neçə insana aid naməlum meyit qalıqları aşkar edilib. Mütəxəssislər tərəfindən aparılan ekspertizalar nəticəsində Fərrux yüksəkliyində tapılmış məzarların üzərində hər hansı qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin bu qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin daxil olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması müəyyənləşdirilib.