CƏMİYYƏT


Gəncləri narkokuryerliyə cəlb etməyə çalışan narkotacirlərə qarşı genişmiqyaslı əməliyyatlar keçirilib

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 40 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 60 kiloqramdan narkotik vasitə və psixotrop maddə, 2548 ədəd psixotrop tərkibli həb, 1 ədəd tüfəng və 46 ədəd patron aşkar olunub.
Daxil olmuş əməliyyat məlumatı əsasında Lənkəran şəhərində keçirilən əməliyyat zamanı Astara rayon sakini Babulla Rüstəmov saxlanılıb. Onun üzərindən,idarə etdiyi avtomobildən və yaşadığı evdən 16 kiloqram marixuana, 1 ədəd müvafiq sənədləri olmayan tüfəng və 25 ədəd patron aşkar edilib.