CƏMİYYƏT


Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəllər məhkum olunmuş Murad Canızadə rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulub. M.Canızadənin Nizami rayonunda beş avtomobilin şüşəsini sındıraraq dəyəri 2500 manata yaxın maqnitafon, qızıl-zinət əşyaları, saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyənləşdirilib. Hadisələr təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Murad Canizadənin paytaxtın digər rayonlarında oxşar cinayətlər törətdiyi istisna olunmur. Onunla bağlı rayon polis idarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır