CƏMİYYƏT


Azərbaycanın İranla sərhəd zolağında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Beyləqan rayonunun Əhmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının İran İslam Respublikası ilə sərhəd zolağı boyunca kol-kos və qamışlıq sahədə baş verdiyi müəyyən olunub.