SİYASƏT


Prezident İlham Əliyev: Biz bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı böyük xalqdır

Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq dayanırdı. Biz buna öz gücümüzlə nail olduq.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı söyləyib.