CƏMİYYƏT


FHN: Ötən sutka 41 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatının xilas olunması təmin olunub. Ötən sutka FHN-in qüvvələri tərəfindən üçü azyaşlı olmaqla yeddi nəfər xilas edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır