SİYASƏT


Azərbaycan Prezidenti: Bizim başqalarının torpağında gözümüz yoxdur, ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik

Biz cəmi 44 gün ərzində düşməni torpağımızdan qovduq. Ermənistan bizim qabağımızda diz çökdü, başını əydi, kapitulyasiya aktına imza atmağa məcbur oldu, imdad dilədi və bu gün də həmin vəziyyətdədir. Bu gün də yer qalmayıb ki, qapısını döyməsin ki, amandır Azərbaycan bizi hədələyir, Azərbaycan bizi burada boğmaq istəyir.AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.