SİYASƏT


Prezident İlham Əliyev: Ermənistan ordusundan iki-üç dəfə az itki verməklə biz tarixi missiyamızı yerinə yetirdik

Bizim 44 gün ərzində əldə etdiyimiz Qələbə bir çoxları üçün gözlənilməz idi. Hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri bizə həmişə deyirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz. Çünki Ermənistan bu 30 il ərzində işğal edilmiş torpaqlarda istehkamlar, müdafiə xətləri qurmuşdu. Eyni zamanda, Qarabağın təbii relyefi elədir ki, torpaqları azad etmək çətin olacaq, çoxlu itkilər olacaq.AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.