CƏMİYYƏT


“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna veloyürüş təşkil olunub

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən veloyürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, veloyürüş rayonun Soyuqbulaq qəsəbəsindən başlayaraq qoruğa məxsus informasiya mərkəzinə qədər Ağstafa rayon könüllülərinin iştirakı ilə keçirilib. Yürüşdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Ağstafa rayonunun idarə və təşkilatlarının rəhbərləri, alimlər, ziyalılar, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək yaralanan qazilər iştirak ediblər.