Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xanın xəzinəsinə aparan, lakin, tarixdən silinən gizli yollar...

23.04.2022 [12:40]

Söhbət vaxtı ilə Bilgəh qalasından İçərişəhərədək uzanan, lakin, gizli yolları tarixdən silinən “Xan Sarayı”ndan gedir. Şirvan-Abşeron memarlıq məktəbinin nümunələrindən olan “Xan Sarayı” Bakının Nardaran qəsəbəsində yerləşir. Kənd sakinlərinin “Xan bağı” adlandırdığı bu tikilinin XV əsrin əvvəllərində inşa olunduğu ehtimal olunur.