CƏMİYYƏT


Nərimanov rayonunda 10 evdən su sayğacı oğurlayan və narkotik vasitlərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Nərimanov rayonunda müxtəlif vaxtlarda 10 mənzilə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Eldarov tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.