CƏMİYYƏT


Kürdəmirdə yol qəzasında iki nəfər ölüb

Hadisə bu gün günorta saatlarında Bakı-Qazax yolunun 204-cü kilometrində, rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü, Bakı sakini, 1961-ci il təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu paytaxt istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü Pərviz Qafarov və avtomobildə olan həyat yoldaşı, 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızı hadisə yerində ölüblər.