CƏMİYYƏT


FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsi Sumqayıt şəhərindəki “Dünya Müstəqil Televiziya və Radio Şirkəti Redaksiyası”nın inzibati binasında “Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd baş verə biləcək yanğınlarla mübarizə üzrə şəxsi heyətin praktiki vərdişlərinin və peşə bacarıqlarının daha da təkmilləşdirilməsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır