Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Somalidə bombalı hücum nəticəsində 8 nəfər ölüb

23.04.2022 [19:49]

Somalinin paytaxtı Moqadişu şəhərində dənizkənarı restoranda baş verən partlayış nəticəsində 8 nəfər həlak olub.
AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, “Əl Şabab” terror təşkilatı bu bombalı hücumu öz üzərinə götürüb.
Terror təşkilatının hərbi əməliyyatlar üzrə sözçüsü hökumətin təhlükəsizlik qüvvələrini və siyasətçilərini hədəfə aldıqlarını deyib.
Təcili yardım xidmətinin direktoru hadisə zamanı 8 nəfərin öldüyünü, 13 nəfərin isə yaralandığını bildirib.