Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyanın şimalında, gəminin yoxa çıxdığı rayonda doqquz nəfər tapılıb

24.04.2022 [12:50]

Yaponiyanın şimalında yerləşən Hokkaydo adası sahillərində “KAZU 1” gəmisinin yoxa çıxdığı rayonda doqquz nəfər tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 24-də Kyodo agentliyi məlumat yayıb. Bu ərəfədə yeddi nəfərin tapılması barədə məlumat yayılmışdı. Onların huşsuz vəziyyətdə olduğu bildirilir.
Xatırladaq ki, “KAZU 1” gəmisi aprelin 23-də qəza barədə siqnal göndərdikdən sonra onunla əlaqə kəsilib. Gəminin göyərtəsində iki uşaq daxil olmaqla 24 sərnişin olub. Gəmini kapitan və onun köməkçisi idarə edib.