DÜNYA


Livanda dənizdən 9 qeyri-leqal miqrantın cəsədi çıxarılıb

Livan dənizçiləri bu ölkənin şimalında yerləşən Tripoli limanının yaxınlığında dənizdən 9 qeyri-leqal miqrantın cəsədini çıxarıblar.
AZƏRTAC rəsmi NNA agentliyinə istinadla xəbər verir ki, Tripoli limanının rəisi Əhməd Tamer içərisində 60 miqrantın olduğu və Kiprə yollanan qayığın batdığını bildirib. Onun sözlərinə görə, 28 nəfər livanlı hərbi dənizçilər tərəfindən xilas edilib, 23 miqrant isə itkin düşüb. Hazırda itkin düşmüş şəxslərin axtarışı davam edir.