CƏMİYYƏT


Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər

Nic qəsəbəsindəki Cotari kilsəsində təşkil olunan bayram mərasimində Alban-Udi dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb.
Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasının ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Ötən illərdən fərqli olaraq pandemiya səbəbindən bu il kilsədə deyil, ətrafda şamlar yandırılıb, dualar oxunub.