SİYASƏT


Kamal Cəfərov: Ermənistan münaqişədən sonrakı reallıqları qəbul edir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında görüşlər keçirilib. Hər iki Brüssel görüşünün nəticələri ümumilikdə müsbət hesab edilə bilər. Çünki Avropa İttifaqı münaqişədən sonra yaranmış yeni reallıqları qəbul edir. Avropa İttifaqı Şurasının yekun kommunikesində “Dağlıq Qarabağ” və “münaqişə” sözləri yoxdur, çünki münaqişə yoxdur, münaqişə artıq həll olunub. Hazırda Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur. Biz bunu yüksək qiymətləndiririk.Brüssel görüşünün nəticəsində sərhədlərin delimitasiyası və sülh sazişi üzrə işçi qruplarının yaradılması ilə bağlı razılıq əldə olunub.