CƏMİYYƏT


Şəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Aqrar Universitetdə anılıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil müəssisəsinin məzunu şəhid Daşdəmirov Elfak Eltun oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları universitetin tələbə parkında şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Sonra 2 saylı Tələbə evində keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.