DÜNYA


Pakistanda mikroavtobusun partlaması nəticəsində 4 nəfər ölüb

Pakistanın cənubunda yerləşən Karaçi şəhərində universitet yaxınlığında sərnişinləri daşıyan mikroavtobusun terror hücumu nəticəsində partladılması dörd nəfərin həyatına son qoyub.
AZƏRTAC “Reuters” agentliyinə istinadla bildirir ki, hadisə nəticəsində ölənlərin üçü Çin, biri isə Pakistan vətəndaşıdır. Çin vətəndaşlarının universitet müəllimləri olduğu qeyd edilib.
Terror hücumunu “Bəluç Azadlıq Ordusu” separatçı qruplaşması öz üzərinə götürüb. Separatçı qruplaşma partlayışın bir qadın kamikadze tərəfindən törədildiyini bildirib.