CƏMİYYƏT


Arıçılıq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçü başlayıb

Qubadlı rayonunun yaylaqlarına arıçılıq təsərrüfatlarının köçü başlayıb. Öz təsərrüfatlarını yaylaqlara köçürmək istəyən fermerlərin müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyində müvafiq siyahı hazırlanıb, arıçı fermerlər Minatəmizləmə Agentliyinin təşkil etdiyi təlimlərə cəlb olunublar. Təlimlərdə fermerlərə mina və partlamamış sursatla çirklənmiş ərazilərdə davranış qaydaları izah olunub. Fermerlərdən köç edəcəkləri dislokasiya məntəqələrində təlimata uyğun davranacaqlarına dair iltizamnamə alınıb.