CƏMİYYƏT


Tanınmış oftalmoloq-alim Zərifə Əliyeva xalqımızın əbədi sevgisini qazanıb

İmişlidə tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Növbəti belə tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, təhsil və tibb işçiləri, rayon ziyalıları iştirak ediblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla anıblar. Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib.