CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Xəyal Əliyevin xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Xəyal Əliyevin doğum günündə xatirəsi yad edilib. Şəhidin Füzuli rayonu Aşağı Yağlıvənd kəndində məzarı ziyarət olunub, ruhuna dualar oxunub.Əliyev Xəyal Saleh oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, şagirdlər, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər.