Azərbaycan Dövlət İnformasiya Agentliyi

#prokurorluqdanizah: Növbəti videoçarxda “Prokurorluq orqanlarında dövlət qulluğu vəzifələrinə işə qəbul qaydalarından danışılıb

28.04.2022 [13:26]

Xəbərin mətni

Prokurorluq orqanları modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.