Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fəvvarələr meydanında II Autizm Festivalı təşkil olunub

28.04.2022 [15:29]

Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi və "Pasha Holding"in sponsorluğu ilə Fəvvarələr meydanında II Autizm Festivalı təşkil olunub. Festivalda ölkə üzrə fəaliyyət göstərən 30 autizm mərkəzi bir araya gəlib. Onlar burada autizmli uşaqların reabilitasiyası ilə bağlı işlərini nümayiş ediriblər.