Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuli rayonunda oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb

28.04.2022 [17:11]

Xəbərin mətni

Füzuli rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Rayon icra hakimiyyətinin və Füzuli Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə keçirilən tədbir Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunub. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Mərkəzi Xəstəxananın tibb işçiləri iştirak ediblər.