Qusarlı təsərrüfatçılar taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirlərinə başlayıblar
28.04.2022 [18:20]
Xəbərin mətni
Qusarlı təsərrüfatçılar yaz yemləmə gübrəsinin ardından taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirlərinə başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mübarizə tədbirləri may ayının sonunadək bütün əkin sahələrində yekunlaşacaq. Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı, məhsulun keyfiyyətinə də mənfi təsir göstərir.