CƏMİYYƏT


FHN: “Azərsun Sənaye Parkı”nın ərazisindəki yanğının söndürülməsi əməliyyatına iki helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.