CƏMİYYƏT


Nuru paşa onun xahişi ilə Qafqaz İslam Ordusuna komandan təyin olundu - Şeyxzamanlılar nəslinin ata ocağından REPORTAJ

Azərbaycan dövlətçiliyində, mədəniyyətində, maarifçiliyində, elmin inkişafında böyük rol oynayan sülalələrdən biri də Gəncənin məşhur Şeyxzamanovlar (Şeyxzamanlı) nəslidir. Şeyxzamanlıların iki nümayəndəsi Məmmədbağır bəy və Nağı bəy Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təhlükəsizliyi orqanı – Əksinqilabla Mübarizə Təşkilatının ilk qurucuları və ilk rəhbərləri olub, həm cümhuriyyət dövründə, həm də ondan əvvəl Azərbaycan üçün yorulmadan çalışıb, ömürlərinin sonunadək bu missiyaya sadiq qalıblar. İsrafil bəy Şeyxzamanlı isə İmamzadə türbəsinin idarəçiliyi ilə məşğul olduğu üçün onun ictimai-siyasi fəaliyyəti haqqında məlumat azdır, amma o da qardaşları kimi Milli İstiqlal mübarizlərindən olub.