Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xüsusi havası ilə astma xəstəliyinin müalicəsi olan 3,5 milyon illik mağara

30.04.2022 [20:42]

Türkiyənin Zonquldağ şəhərində 3,5 milyon illik tarixi olan 875 metr uzunluğundakı Gökgöl mağarası yenidən ziyarətçilərin istifadəsinə verilib. İlk dörd ayda 4 mindən çox ziyarətçini qəbul edən mağaranın 50 mindən çox qonağı qəbul edəcəyi gözlənilir. Mağara mikroiqlim xüsusiyyəti ilə astma xəstələrinin diqqət mərkəzinə çevrilib.