DÜNYA


Güclü yağış və sel Türkiyədə böyük fəsadlar törədib

Türkiyənin Adıyaman vilayətində yağan güclü yağış və sel böyük fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, güclü sel nəticəsində məktəblərdən birinin həyətində olan ən azı 20 avtomobil su altında qalıb.
Seldən xilas olmaq üçün məktəb binasına sığınan iki köməksiz qadın xilas edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır