CƏMİYYƏT


Allahşükür Paşazadə: Təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından gəlir

Azərbaycanın dostluq və qardaşlıq mühitində dinlərarası birgəyaşayış ənənələri bütün dünya üçün örnək ola bilər. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi” sivilizasiyalarası dialoqun davamlı inkişafına və multikulturalizm ideyalarının təşviqinə böyük töhfələr verir.
Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, dövlətin qayğı və himayəsi ilə öz ibadətlərini sərbəst şəkildə icra edirlər. Məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, yeni məbədlər inşa edilir, ibadət ocaqlarında bərpa işləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır