CƏMİYYƏT


İmişlidə şəhidlərin xatirəsinə inşa edilən abidənin açılışı olub

İmişlidə Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən abidənin Ramazan bayramı ərəfəsində açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli rayonu Qulubəyli kəndində şəhidlərin xatirəsinə həsr olunmuş abidə kompleksində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin fotoları əksini tapıb. Onlardan beş nəfəri Birinci Qarabağ dörd nəfəri isə İkinci Qarabağ müharibəsi şəhidləridir. Xatirə kompleksinin açılışında İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.