CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyysi ilə məşğul olan 15 nəfər saxlanılıb

Paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul daha 15 nəfər tutulub. Saxlanılanlardan 4-ü Xətai rayonu ərazisində narkotik vasitələrin tədarükünü həyata keçirən əsas şəxslər, qalan 11 nəfəri isə onlar üçün narkokuryerlik edənlər olub. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır