CƏMİYYƏT


Şeyxülislam Allahşükür Paşazadə Avropa Şurası Baş katibinin müavini Byorn Berge ilə görüşüb

Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Kabinetinə İtaliyanın sədrliyi ilə keçirilən dinlərarası dialoqa həsr edilmiş “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfrans çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Avropa Şurası Baş katibinin müavini Byorn Berge ilə görüşüb.