CƏMİYYƏT


Polis Nəsimi rayonunda narkokuryerlərə qarşı əməliyyatlar keçirilib 9 nəfər saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 9 nəfər saxlanılıb. Əməliyyatlar zamanı “Kubinka”, “Papanin” və digər ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olan Cəlal Məhərrəmli, Samir Süleymanov, Elçin Quliyev, İsa Nəsirov, Musa Musayev, Sevinc Həsənova, Zamin Manafov, Rüfət Xudayarov və Nicat Cəfərov tutulublar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır