DÜNYA


Rusiyada anbarda güclü yanğın baş verib

Rusiyanın daha bir şəhərində anbarda yanğın baş verib.Bu dəfə hadisə Krasnoyarskda qeydə alınıb. Belə ki, şəhərin plastik tullantılar anbarı yanır. Hadisə şahidlərinin sözlərinə görə, qara tüstü bir neçə kilometr aralıdan görünür.Rusiya FHN-in məlumatına görə, yanğın artıq lokallaşdırılıb.Zərərçəkənin olmadığı vurğulanıb.