DÜNYA


Çin Comolunqma dağında dünyanın ən yüksək meteoroloji stansiyasını quraşdırıb

Çinli mütəxəssislər mayın 4-də Comolunqma (Everest) dağında dəniz səviyyəsindən 8830 metr yüksəklikdə avtomat rejimdə çalışan meteoroloji nəzarət stansiyası quraşdırıblar.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu, dünyada ən yüksək nöqtədə yerləşən avtomat meteoroloji stansiyadır. Bildirilir ki, stansiyanın sınaqları uğurlu olub və onun məlumatları ötürmə funksiyası normal çalışır. Günəş enerjisi ilə işləyən stansiyanın qarlı və şaxtalı hava şəraitində təxminən 2 il fəaliyyət göstərəcəyi planlaşdırılıb. Stansiya hər 12 dəqiqədən bir peyk rabitəsi vasitəsilə məlumatları ötürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır