Prezident İlham Əliyev: Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməli, təxirəsalınmaz işlərə başlanmalıdır
04.05.2022 [21:15]
Xəbərin mətni
Zəngilan rayonunda böyük turizm potensialı vardır. Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır.AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.